Azərbaycan sülh, təhlükəsizlik və sabitlik sahələrində regionda özünü lider ölkə kimi təsbit edib - Bəyannamə

Azərbaycan sülh, təhlükəsizlik və sabitlik sahələrində regionda özünü lider ölkə kimi təsbit edib - Bəyannamə
08:57 14 İyun 2019
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Oklahoma ştatının qubernatoru Rebin Stitt Azərbaycan Demokratik Respublikasının yaranmasının 101-cü ildönümü, Diplomatik xidmətin 100 illiyi, NATO ilə əməkdaşlığın 25 illiyi, Azərbaycan və Oklahoma ştatı arasında 16 il davam edən Dövlət Tərəfdaşlıq Proqramı ilə əlaqədar olaraq bəyannamə imzalamışdır.

Milli.Az bildirir ki, bəyannamədə 1917-ci il inqlabından sonra 1918-ci il 28 may tarixində Azərbaycan öz müstəqilliyini elan etməklə Azərbaycan Demokratik Respublikasını qurduğu bildirilir və qeyd edilir:

"Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci il 18 oktyabr tarixində yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Bu dövrdə Azərbaycan qadınların rolu və hüquqlarına əhəmiyyət verərək bir sıra mühüm dəyişikliklər etdiyini və Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etdiyi qeyd olunur.

Azərbaycan 1992-ci ilin martın 2-də Birləşmiş Millətlər Təşkilatına 168-ci üzvü olaraq qəbul edilmiş və 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük hüququnu qazanmışdır.

Bəyannamə 2001-ci il 11 sentyabr tarixindən sonra Azərbaycanın ABŞ-ı terrorizmə qarşı mübarizədə ilk dəstəkləyən ölkələrdən biri olduğu vurğulanmışdır. Həmçinin Azərbaycan 2003-cü ildən imzalanan Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Mühafizəsi ilə iqtisadi, neft, təbbi qaz və kənd təsərrüfatı sahəsində tərəfdaşı olaraq vurğulanır.

Azərbaycan sülh, firavanlıq, təhlükəsizlik və sabitlik sahələrində regionda özünü lider ölkə olaraq təsbit etmişdir. Azərbaycanın rəhbərliyi ilə enerji resurslarının şaxələndirilməsi, tədqiqat, yardım və imkanlar üçün öz töhvələrini verdiyi və Azərbaycanın dost, müttəfiq və tərəfdaş ölkə olduğu qeyd olunur.

Qeyd edək ki, Azərbaycan Oklahoma Milli Qvardiyası ilə 15 ildən çoxdur əməkdaşlıq edir. Bu bəyannamə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi və Diplomatik xidmətin 100 illiyi ilə əlaqədar olaraq keçirilən tədbirdə Vaşinqtona səfər edən Oklahoma Milli Qvardiyasını təmsil edən nümayəndə heyəti tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edilmişdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/762942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR