Samsung QLED TV - displey istehsalından smart televizorlara aparan yol

Samsung QLED TV - displey istehsalından smart televizorlara aparan yol
09:52 14 İyun 2019
Ölkə mətbuatı
A- A+

Samsung Electronics şirkəti bu il 50 illik yubileyini qeyd edir. Bu müddət ərzində sözügedən texnoloji nəhəng 90-cı illərin əvvəlində tanınmayan texnika istehsalçısından, XXI əsrin ən böyük korporasiyalarından birinə çevrilib.  Sonq Jyon və Li Kyonmukun dərc etdiyi "Samsung-un yolu. İnovasiya və dizayn üzrə dünya liderindən dəyişim idarəçiliyi strategiyası" kitabında bu fenomen şirkətə məxsus paradoksal menecmentlə izah olunub.  O zamanlar Samsung şirkətinin İdarə Heyətinin sədri Li Qonxi 1993-cü ildə Samsung şirkətinin aşağı rəqabətliliyindən ciddi narahatlıq keçirirdi və bu səbəbdən o, "Yeni rəhbərlik təşəbbüsü" proqramının tətbiq olunmasını təklif edərək, yaranmış vəziyyəti belə sözlərlə ifadə edirdi: "Əgər indi rəqabət mühitinin dəyişdiyi zamanda biz birinci sinif şirkətinin səviyyəsinə sürətlə çıxa bilməsək, bu halda həmişə ikinci və ya üçüncü dərəcəli müəssisə olaraq qalacağıq". Qətiyyətli dəyişikliklər və menecment səviyyəsində düzgün qəbul edilmiş qərarlar Samsung-u dünya brendinə çevirən amillərdəndir.

Samsung şirkəti öz fəaliyyətini displey istehsalından başlamışdır və ilk təqdim etdiyi məhsul məhz televizor olmuşdur. Günümüzdə şirkət yeni nəsil ağıllı televizorlar istehsal edir. Buna misal olaraq QLED TV-ni qeyd etmək olar. Televizorun əsas xüsusiyyəti kimi görüntünün sadəcə yüksək keyfiyyətdə ötürməsini deyil, həm də istənilən siqnalın yaxşılaşdırılmasını qeyd etmək olar.

Samsung QLED TV - baxış bucağından asılı olmayaraq ideal təsvirin təqdim olunması və incə dizaynla  yanaşı smart televizorun sərhədsiz imkanları deməkdir.

Belə ki, televizor Smart Hub dəstəkləyir. Samsung-un tərtib etdiyi xüsusi platforma olaraq, Smart Hub Smart TV üçün nəzərdə tutulmuş bütün əlavələri özündə birləşdirir və digər proqramların yüklənməsini mümkün edir. Sadə dildə desək, bu platforma üzərində əlavələrin icon-ları əks etdirilmiş menyunu xatırladaraq, ümumi tənzimləmələrə, player-lərə, kabel və peyk xidmətlərinə və veb-brauzerlərə qoşulmanı təmin edir. Smart TV-nin üstünlüklərindən istifadəsi sürətli və rahat olan internet çıxışını və orada yer alan geniş kontent kütləsinin daim əlinizin altında olmasını qeyd etmək olar.

2019-cu ilin QLED modellərini fərqləndirən əsas məqam, onların iTunes kitabxanasını dəstəkləməsidir ki, Apple şirkəti ilə belə bir razılaşma ilk dəfə Samsung tərəfindən həyata keçirilib. Həmçinin, QLED İphone və şirkətin digər modellərinin köməyi ilə videoları televizora bir başa ötürülməsini həyata keçirən AirPlay 2 texnologiyasının da istifadəni mümkün edir. Ağıllı televizorun sahibləri həm də Apple TV kanallarını da seyr edə biləcəklər. İTunes mediatekasına daxil olmaq və 100 minlərlə kinofilmdən ibarət onlayn kitabxanadan istifadə etmək üçün  Smart TV platformasına əlavə edilmiş Apple TV proqramını aktiv etmək kifayət edir.

Yeni Qled TV televizorlarında bütün qoşulmalar və əlavələr yeganə One Remote Control pultu vasitəsi ilə idarə edilir.  Belə ki, bir pultla istənilən cihazı asanlıqla idarə edə bilərsiniz. 

Qeyd edək ki, televizor həm də xüsusi "Ambient Mode" rejimini dəstəkləyir. Bu evinizi muzey zalına və qalereyaya çevirməyə qadir olan bir rejimdir. Saat və ailə şəkillərindən əlavə televizor ekranında incəsənət əsərlərindən istifadə etmək və divar kağızının naxışlarını istifadə edərək cihazı interyerin bir hissəsinə çevirmək mümükündür. Belə ki, televizor daha divar üzərində qara nöqtə deyil, evinizin unikal dizaynını tamamlayan element olacaq.

Samsung QLED TV haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Maxi.az,  Irshad Electronics, Soliton və Optimal mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.


Xəbərin orijinal ünvanı: https://news.milli.az/hitech/762882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR