"Rusiya təxribatlara ara vermək istəmir" - Politoloq

"Rusiyanın müvafiq orqanları Azərbaycanda təxribatlarına ara vermək istəmirlər. Əvvəlcə Bakının kitab mağazalarına göndərdikləri atlaslarda Krımı Rusiyanın ərazisi kimi göstərdilər, kitablar müvafiq orqanlarımız tərəfindən yığışdırıldı, bundan sonra marketlərimizə Krımda istehsal dondurmaları göndərdilər, bu da yığışdırıldı. Növbəti mərhələdə Krımdakı “konfranslara” Azərbaycandan nümayəndə heyəti göndərmək istədilər, buna da yol verilmədi".

Metbuat.az xəbər verir ki, bunları "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O bu günlərdə Bakıda keçirilən "Rusiya günü" tədbirində təxribata yol verilməsi ilə bağlı danışıb:

"Dəfələrlə onlara deyilib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşır, Krımı Ukrayna ərazisi sayır, elə bil havaya danışırıq. Növbəti təxribat iyunun 12-də Rusiya səfirliyinin Bakıdakı “Bulvar” oteldə keçirdiyi “Rusiya günü” tədbirində qeydə alınıb. Tədbirdə göstərilən şəkillərdə “Müasir Rusiyanın ən böyük qazancı Krımı Rusiya Federasiyasına birləşdirmək oldu” və “Krımın geri qaytarılması münasibətilə…” sözləri yer alıb, ikinci şəkildə isə Krımı Rusiya ilə birləşdirən körpü təsvir edilib. Bu ona bənzəyir ki, Ermənistanın hansısa ölkədəki səfirliyinin təşkil etdiyi tədbirdə Dağlıq Qarabağın Ermənistana "birləşdirilməsini" əks etdirən şəkillər yayımlanır".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR