"Qəbələ" gücünə güc qatdı

"Qəbələ" gücünə güc qatdı
19:01 15 Yanvar 2015
121 İdman
Ölkə mətbuatı
A- A+

Mövsümün ikinci yarısı öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

ANS PRESS-in məlumatına görə, bunadək Rəşad Sadiqov və Aleksey Qayla müqavilə imzalayan “qırmızı-qaralar” bu dəfə yeni qapıçı ilə gücünə güc qatıb.

"Qəbələ" ukraynalı qolkiper Dmitri Bezotosnını rənglərinə bağlayıb. Antalya toplanışı zamanı komandaya qoşulan çərçivə qoruyucusu ilə 6 aylıq müqavilə imzalanıb. Bezotosnı artıq "qırmızı-qaralar"la ilk məşqə də çıxıb.

15 noyabr 1983-cü ildə Ukraynada anadan olan Bezotosnı karyerası boyunca "Tovtrı" (2000), "Dnepr-3" (2001), "Saturn-REN TV" (2002-2004), "Metallurq-2" (Zaparojye, 2004-2007), "Metallurq" (Zaparojye, 2007-2011) və "Çenomorets" (2011-2014) klublarında əlcək geyinib. Əsasən Ukrayna klublarının şərəfini qoruyan qapıçı yalnız 2002-2004-cü illəri vətəndən kənarda - Rusiyada keçirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=319922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR