Opera və Balet Teatrında "Qız qalası" tamaşası nümayiş etdirilib

Opera və Balet Teatrında "Qız qalası" tamaşası nümayiş etdirilib
14:50 14 İyun 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Xalq artisti, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti nümayiş olunub.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı Xoreoqrafiya Akademiyasının buraxılış kursunun tələbələrinin iştirak etdiyi səhnə əsəri maraqlı dekorasiyası, tələbələrin məharətli çıxışı ilə yadda qalıb. Bədii rəhbəri Kamilla Hüseynova olan tamaşada rolları kollecin klassik və xalq bölmələrinin tələbələri - solistlər Zəhra Tanrıverdiyeva, Murad Kərimov və Seymur Qədimov ifa ediblər.

Əfrasiyab Bədəlbəylinin şah əsəri olan "Qız qalası" baleti milli Azərbaycan baletinin ilk nümunəsidir. Xalq rəqsi ilə klassik musiqinin üzvi sintezini həyata keçirən bəstəkar bu əsəri ilə milli xoreoqrafiyanın əsasını qoyub. Bəstəkar "Qız qalası" baletini ilk azərbaycanlı balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadəyə həsr edib. Baletin ilk nümayişi isə 1940-cı il aprelin 16-da olub. Həmin vaxtdan tamaşa teatrın repertuarında geniş yer tutur, bir neçə dəfə Moskva və Rusiyanın başqa şəhərlərində, eləcə də Türkiyədə qədim Aspendos teatrında göstərilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3076642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR