Ramos "Sabah"dan getdi

Ramos "Sabah"dan getdi
15:05 14 İyun 2019
127 İdman
Ölkə mətbuatı
A- A+

"Sabah" klubu daha bir legioner futbolçusu ilə yollarını ayırıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi Erik Ramosla yollarını ayırıb. Paraqvaylı yarımmüdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib. Ramos, 2018-ci ilin yayından "Sabah"da çıxış edirdi.

"Sabah" Ramosdan əvvəl Tərlan Əhmədli, Vanderson Silva, Bəxtiyar Soltanov, Novruz Məmmədov və Tərzin Cahangirovla da yollarını ayırıb. Paytaxt təmsilçisi "Sumqayıt"dan Cavid Tağıyevi, "Səbail"dən Kevin Kubembanı və "Neftçi"dən ayrılan Ruslan Abışovu heyətinə qatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/763050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR