Bakıda tuneldə qəza – VİDEO

Bakıda daha bir yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, hadisə şahidlərinin verdikləri məlumata görə, yol qəzası 20 yanvar metrosu yaxınlığında, tuneldə qeydə alınıb.

Bildirilir ki, tuneldə Sumqayıt istiqamətinə gedən avtomobilin sürücüsü idarə etməni itirib. Nəticədə maşın yol kənarına çırpılıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilib. Onu da vurğulayıblar ki, qəza yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə getməyiblər. Səhiyyə Nazirliyindən isə onlara çağırış daxil olmadığını bildiriblər. (Baku.ws)




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR