Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı müzakirələr aparılır

Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı müzakirələr aparılır
16:12 14 İyun 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

"Artıq Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə komissiyanın işçi qruplarının rəhbərlərindən xahiş olunub ki, 2019-cu ilin ikinci yarısı üçün icra və kommunikasiya planları hazırlansın. Məhz fürsətdən istifadə edərək biz burada səsləndirilən bütün təklifləri ciddi şəkildə təhlil edərək, icra və kommunikasiya planlarında əks olunmasına çalışacağıq ki, artıq növbəti yarımillikdə onların həllinə nail olaq".
“Report” xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının (PA) nümayəndəsi Vüsal Şıxəliyev Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə komisiyya “Ekvita” ilə birgə “Dövlət-özəl sektor dialoqu” mövzusunda keçirdiyi dəyirmi masada çıxış edərkən deyib.
V.Şixəliyev deyib ki, bu bütövlükdə Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılmasına xidmət edir: "Xatırlayırsınızsa 2018-ci ilin sonunda Prezident İlham Əliyev 40-dan çox normativ sənəd, yəni 20-dən çox qanun, fərman və sərəncamlar imzalayıb. Bunlar hamısı hazırlanarkən biznes nümayəndələrinin tövsiyələri, onların qarşılaşdıqları məsələlərin həllinı yönəlmiş biznes paketindən ibarət idi". 


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/2019-cu-ilin-ii-yarisi-ucun-biznes-muhiti-ile-bagli-planlar-hazirlanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR