Ağsuda 3 hektara yaxın buğda sahəsi yandı

Ağsuda 3 hektara yaxın buğda sahəsi yandı
16:37 14 İyun 2019
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunda taxıl sahəsində yanğın hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Bico kəndi ərazisində baş verib. Kənd sakini Şahid Salmanova məxsus buğda sahəsində baş vermiş yanğın qısa müddətdə güclənib.

Fövqəladə Hallar Nazirliyinin Ağsu Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində alovun digər sahələrə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə nəticəsində Ş.Salmanova məxsus taxıl sahəsinin 2,5 hektarı yanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/763081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR