Donald Tramp: "Oman körfəzində tankerlərə hücumu İran edib"

Donald Tramp: "Oman körfəzində tankerlərə hücumu İran edib"
17:12 14 İyun 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

“Dəlillər açıq-aşkar şəkildə bunu İranın etdiyinin təsdqiləyir”.
“Report” “Fox News” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp iyunun 13-də Oman körfəzində Yaponiya, Tayvan və Omana məxsus neft tankerlərinə hücumla bağlı açıqlamasında vurğulayıb.
Ağ ev sahibi bildirib ki, hadisəyə görə Oman körfəzi bağlanmayacaq.
“İranın qarşısı necə alınacaq” sualına cavabında isə D.Tramp söyləyib: “Buna baxacağıq. Tehran hakimiyyəti nüvə silahına heç vaxt sahib olmayacaq”.
İran tərəfi isə hadisə ilə irəli sürülən ittihamları rədd edib. 
Qeyd edək ki, iyunun 13-də Oman körfəzində neft tanrerlərinə hücum olub.


Xəbərin orijinal ünvanı: https://report.az/region/donald-tramp-oman-korfezinde-tankerlere-hucumu-i-ran-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR