Səudiyyə aeroporta hücumla bağlı BMT TŞ-yə şikayət etdi - VİDEO

Səudiyyə aeroporta hücumla bağlı BMT TŞ-yə şikayət etdi - VİDEO
17:52 14 İyun 2019
107 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Husi yaraqlılarının mülki hava limanına ballistik raket atması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Müraciətdə İranın da "bostanına daş atılıb". İddiaya görə, İran hökuməti "transsərhəd terror aktlarını dəstəkləməyə davam edir və Husi üsyançılarına yardım etməsi beynəlxalq qətnamələrin tələblərini pozur".

Ər-Riyad bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası ballistik raket hücumlarının qarşısını almaq və günahkarların beynəlxalq humanitar hüquq əsasında məsuliyyətə cəlb olunması üçün təxirəsalınmaz ölçülər götürəcək.

Xatırladaq ki, iyunun 12-də Husi üsyançı hərəkatına aid yaraqlılar Əbha beynəlxalq aeroportunu raket atəşinə tutmuşdu. Raketlərdən birinin liman ərazisinə düşməsi nəticəsində 26 nəfər yaralanmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/763137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR