Türkiyədə sərnişin təyyarəsi batıb - Əslində isə... - FOTO

Türkiyədə sərnişin təyyarəsi batıb - Əslində isə... - FOTO
18:27 14 İyun 2019
119 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Ədirnə sahillərində İbricə limanı yaxınlığında "Airbus A330" sərnişin təyyarəsi batıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə heç də qəza nəticəsində olmayıb. Belə ki, təyyarə vilayətin sahil mühafizə xidməti tərəfindən sualtı turizmin inkişaf etdiriliməsi məqsədilə bilərəkdən batırılıb.

Təyyarənin batırıldığı ərazidə suyun dərinliyinin 30 metr olduğu qeyd edilir.

Gələn həftədən başlayaraq artıq bu ərazidə turistlər üçün dayvinq xidmətlərinin təklif olunacağı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/763144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR