Türkmənbaşı velosiped sürə-sürə atəş açdı - VİDEO

Türkmənbaşı velosiped sürə-sürə atəş açdı - VİDEO
18:57 14 İyun 2019
96 Dünya
Ölkə mətbuatı
A- A+

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hərbi təlimlərdə sərrast atıcılıq bacarıqlarını nümayiş etdirib. O, velosiped sürə-sürə tapança ilə hədəflərə atəş açıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Neytralnıy Türkmənistan" adlı rusdilli hökumət qəzeti məlumat yayıb.

Türkmən lider öz məharətini təlim-tədris mərkəzində keçirilən hərbi manevrlər zamanı ortaya qoyub. Nəşrin yazdığına görə, Q.Berdiməhəmmədov ordunun hərbi hazırlıq səviyyəsini qəfil yoxlamaq üçün müvafiq bölmələrin operativ şəkildə döyüşə hazır vəziyyətinə gətirilməsini əmr edib və həyəcan siqnalı səslənib.

Türkmənbaşı hərbi təlimləri seyr etdikdən sonra velosipedə oturub və əlinə tapança alaraq yolun yaxınlığında qurulmuş üç hədəfə atəş açıb. Qəzet hər üç güllənin hədəfə tuş gəldiyini deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/763201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR