"Yıldırım-İmamoğlu debatı seçkilərin nəticəsinə təsir edə bilər" - Ərdoğan

“Binəli Yıldırım və Əkrəm İmamoğlu arasındakı debat İstanbuldakı bələdiyyə seçkilərinin nəticəsinə ciddi təsir edə bilər”.

Metbuat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama ilə çıxış edib.

O, bildirib ki, bütün Türkiyə debatı izləyəcək. “Namizədlərin debatdakı çıxışı, seçkilərə bir həftə qalmış kimin qalib gələ biləcəyinə dair ipucu verə bilər” - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, debat iyunun 16-da baş tutacaq.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR