Lənkəranda “Son zəng” qəzası: məzunun qulağı qopdu

Lənkəranda “Son zəng” qəzası: məzunun qulağı qopdu
20:22 14 İyun 2019
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda "Son zəng" günündə məzun xəstəxanaya düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, axşam saatlarında şəhərin Heydər Əliyev prospektində təhlükəli idarəetmə qəzaya səbəb olub. Nəticədə avtomobildə olan 4 məzundan biri - 18 yaşlı Adil Məmməd oğlu Həsənzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ona baş nahiyəsinin əzilməsi, sağ qulağın yerindən üzülməsi və daxili orqanların zədələnməsi diaqnozu qoyulub. Hazırda A.Həsənzadənin reanimasiya şöbəsində müalicəsi davam edir.

Hadisə şahidlərinin bildirdiyinə görə, "VAZ 2107" markalı taksi fəaliyyəti göstərən nəqliyyat vasitəsini Rövşən adlı şəxs idarə edib. Sürücü avtomobillə təhlükəli manevrlər etdikdən sonra maşın yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/763221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR