Azərbaycanın Baş naziri Tacikistan Prezidenti ilə görüşdü

Azərbaycanın Baş naziri Tacikistan Prezidenti ilə görüşdü
08:48 15 İyun 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Baş naziri Novruz Məmmədov Düşənbədə Tacikistan Prezidenti Emomali Rahmonla görüşüb.

Publika.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı öncəsi baş tutub.

Bildirilir ki, Rahmon Tacikistan və Azərbaycan arasında əməkdaşlığın səviyyə və keyfiyyətindən razılığını ifadə edib.

Görüş zamanı tərəflər iqtisadiyyat, ticarət, sənaye, nəqliyyat infrastrukturu, hidroenergetika, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və turizm sahəsində Azərbaycan-Tacikistan tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/281929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR