Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 21% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 21% azalıb
09:32 15 İyun 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 14,449 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7% çoxdur.
5 aylıq xarici ticarət dövriyyəsinin 8,615 milyard dolları ixracın, 5,834 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 16,9%, idxal isə 51,3% artıb.
Son nəticədə xarici ticarətdə 2,78 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 20,9% azdır.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-xarici-ticaret-dovriyyesinin-musbet-saldosu-21-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR