ABŞ-ın F-35 qırıcıları işləmir - "Birinci dərəcəli qüsurları var"

ABŞ-ın S-400 hava müdafiə sistemlərini Rusiyadan alacağı təqdirdə Türkiyəyə verməyəcəyini bildirdiyi F-35 qırıcıları haqqında şok açıqlamalar verilib.

Metbuat.az xəbər verir ki, "The Daily Beast" tərəfindən verilən açıqlamada bildirilib ki, ABŞ-a 400 milyarda başa gələn F-35 qırıcıları işləmir:

"F-35 qırıcılarının daha əvvəl bilinməmiş birinci dərəcəli qüsurları var. Bu qüsurlar pilotun vəzifəsini tamamlamasını əngəlləyə bilər. Əgər F-35 qırıcılarından biri düşmən hücumunun qarşısını almaq üçün dik bucaqda yüksəlməli olsa, qüsurlar ucbatından anidən nəzarətdən çıxacaq."

Açıqlamada həmçinin bildirilib ki, F-35 qırıcılarının bəzi versiyalarında səsdən üstün sürətə çıxmağa çalışarkən quyruq hissədə ərimə meydana gəlir və ya radara düşməmə özəlliyi qazandıran örtüklər tökülür.

"Defense News"-dan bildirilib ki, 2011-ci ildə F-35B və F-35C modellərinin Mach 1.3 və Mach 1.4 sürəti ilə getdiyi sınaq uçuşları keçirilib. F-35B qırıcısının örtüyündə qabarma və aşırı istilik meydana gəlib. F-35C qırıcısında isə tarixdə gəlmiş keçmiş ən güclü döyüş təyyarəsi motoru olan "Pratt-Vitney"-də aşırı isinmədən qaynaqlanan zədə meydana gəlib. ABŞ ordusu bənzər zədələrin meydana gəlməməsi üçün pilotlara təlimat verib ki, səsdən daha yüksək sürətlə 1 dəqiqədən artıq uçuş etməsinlər.

Həmçinin yayılan açıqlamalarda bildirilir ki, bu hal qırıcıların səsdən sürətli uçan Rusiya və Çin qırıcılarından qaçmasını imkansız edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR