Azərbaycan xam neft ixracını 19% artırıb

Azərbaycan xam neft ixracını 19% artırıb
10:52 15 İyun 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 14 058,382 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 6 721,58 mln. ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac olunan xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 19,3%, dəyəri isə 13,5% çox olub.
Bu ilin ilk 5 ayında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 78% təşkil edib.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycan-xam-neft-ixracini-19-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR