"Əgər erməni həmkarı onunla razılığa gəlməsə..." - Politoloqdan açıqlama

"Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri iyunun 20-də Vaşinqtonda görüşəcəklər. Görüş yeri kimi nədən Vaşinqton seçilib? Bu heç də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığını artırması istəyi ilə bağlı deyil. Belə bir istək hələ nəzərə çarpmır. Məsələ burasındadır ki, Xarici İşlər nazirləri yanvarda Parisdə, apreldə isə Moskvada görüşüblər, yerdə qalırdı üçüncü həmsədr. Ona görə də bu dəfə görüş yeri kimi ABŞ-ın paytaxtı seçilib."

Metbuat.az xəbər verir ki, bunları politoloq Elxan Şahinoğlu qeyd edib. O, iyunun 20-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında keçiriləcək görüş barədə həmçinin bidlirib ki, indiki vəziyytdə razılaşma real görünmür:

"Mövcud vəziyyət iki ölkənin xarici işlər nazirlərinin razılaşmalarını heçə endirir. Cəbhə bölgəsində vəziyyət gərgindir, atəşkəsin qorunması qərarı Xarici İşlər nazirlərinin istəyindən və səlahiyyətlərindən asılı deyil. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov özü demişdi ki, əgər erməni həmkarı onunla razılığa gəlməsə qarşı tərəf Azərbaycanın Müdafiə naziri ilə razılaşmalı olacaq. Separatçılar Azərbaycanın hava sahəsində Azərbaycan təyyarəsinə raket tuşlayırlarsa, demək Xarici İşlər nazirlərinin Vaşinqtondakı görüşündən nəticə gözləməyə dəyməz. Nazirlər ötən dəfə bir neçə şifahi razılaşma əldə etmişdilər, hamısı elə şifahi şəkildə sözdə qaldı, yerinə yetirilmədi. Yerinə yetirilməyəcək də, çünki münaqişənin indiki şəraitdə və indiki şərtlər altında masa üzərindəki həll perspektivi mümkün görünmür".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR