"Rus səfirin Köçəryanla görüşünün mənası odur ki..." - Politoloq rəyi

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinin Ermənistanın eks-prezidenti Robert Köçəryanla görüşünün mənası odur ki, Kreml əvvəlki kimi baş nazir Nikol Paşinyanla Qarabağ klanı arasındakı mübarizədə ikinciyə dəstək mesajını verir. Səfir Kremilin təlimatını yerinə yetirib. Rusiya səfiri bu görüşdə qeyri-adi heç nə olmadığını deyir. Bu açıqlama diqqəti yayındırmaq üçündür."

Metbuat.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib. O, Rusiyanın Ermənistandakı səfiri ilə Robert Köçəryan arasında olan görüş barədə həmçinin vurğulayıb:

"Rusiyanın başqa ölkələrdəki səfirləri adətən müxalifət liderləri ilə görüşmürlər, əlaqəni rəsmi strukturlarla qururlar. Məsələn Rusiyanın Azərbaycandakı səfiri nə vaxt müxalifətin hansısa lideri ilə görüşüb, REAL Hərəkatının və ya Müsavat Partiyasının ofisinə gedib bu siyasi qurumların liderləri ilə fikir mübadiləsi aparıb? Rusiyanın Ermənistandakı səfiri isə gedib Köçəryanın ofisində 1 saat onunla fikir mübadiləsi aparır".


Politoloq həmçinin deyib ki, Ermənistan Baş naziri bu görüşə sussa, deməli həqiqətən də Kremildən çəkinir:

"Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımının müəlliflərindən biri olan Robert Köçəryan Kreml üçün əziz siyasətçidir. Belə olmasaydı, Rusiya prezidenti Vladimir Putin neçə ay əvvəl həbsxanada olan Köçəryana ad günü təbriki göndərməzdi. Nikol Paşinyan birinci dəfə bu təbrikə reaksiya bildirmədi, həzm etmək məcburiyyətində qaldı, baş nazir Rusiya səfirinin Köçəryanla budəfəki görüşünə də sussa, demək ki, dəhşətli dərəcədə Kremldən çəkinir. Elə Köçəryana dəstək verən Kreml bu yolla Paşinyana yerini göstərir. Hadisələrin bu cür inkişafı şəraitində Paşinyan Qarabağ klanı və Kreml ittifaqının güclənəcəyinə və ona qarşı planların həyata keçirilməsinə hazır olmalıdır. O ki qaldı bizə, Köçəryana dəstək verən zehniyyət heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməz".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR