Polis Kamran Həsənlini cəzalandırdı

Polis Kamran Həsənlini cəzalandırdı
19:11 15 Yanvar 2015
175 Şou
Ölkə mətbuatı
A- A+

Dünən məşhur teleaparıcı Kamran Həsənlinin idarə etdiyi avtomobil Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 401-ci alay komandirinin müavini tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.

Axşam.az aznews.az-a istinadən xəbər verir ki, bu məlumatı Kamran Həsənli təsdiq edib və bildirib ki, avtomobilini cərimə ödəmədiyinə görə saxlayıblar.

“Radara düşdükdən sonra pulunu vaxtında ödəməmişəm. Onsuz da mənim maşınımı həmişə saxlayırlar. Təbii ki, yol hərəkət qaydalarını pozanda polis saxlamalıdır. Etiraf edirəm, iki gündən bir qaydaları pozuram, saxlayırlar, cərimə eləmək lazımdırsa edirlər, vəssalam”, - məşhur şoumen vurğulayıb.

Qeyd edək ki, K. Həsənli “Mitsubishi” markalı avtomobil idarə idarə edir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR