Vladimir Putin: "İranın nüvə sazişindən ABŞ-ın çıxması nüvə silahlarının yayılmaması rejiminə təsir edir"

Vladimir Putin: "İranın nüvə sazişindən ABŞ-ın çıxması nüvə silahlarının yayılmaması rejiminə təsir edir"
12:52 15 İyun 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın İranın nüvə sazişindən çıxması nüvə silahlarının yayılmaması rejiminə təsir edir.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Düşənbə şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirlərinə dair İclasda (CICA) bildirib.
"İranın nüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında vəziyyətə görə hər kəs narahatdır. ABŞ-ın bu sazişdən çıxması onun həyata keçirilməsini xeyli çətinləşdirir və nüvə silahının yayılmaması rejimi ilə bağlı ümumi vəziyyətə mənfi təsir göstərir", - V.Putin deyib.
O əlavə edib ki, Rusiya bu vəziyyətdə yeganə həll yolu kimi, Plan iştirakçılarının üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə davam etməsində görür.
"Rusiya da belə etmək niyyətindədir", - Rusiya prezidenti qeyd edib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/putin-abs-in-nuve-sazisinden-cixmasinin-neticeleri-barede-danisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR