Yaxşı xaşı necə bişirməli? - VİDEO

Yaxşı xaşı necə bişirməli? - VİDEO
19:17 15 Yanvar 2015
138 Sosial
Ölkə mətbuatı
A- A+

66 yaşlı Quba rayon sakini Əliheydər Salmanov ömrünün 45 ilini aşbazlıq peşəsinə sərf edib. Milli.Az Regional TV-yə istinadən (Region TV) xəbər verir ki, o, milli mətbəxin bütün yeməklərini ustalıqla hazırladığını bildirir. Amma Əliheydər dayının bişirdiyi xaş yeyənlərin damanğında daha çox dad buraxır. Usta aşbaz bildirir ki, bu yeməyin dadlı alınması üçün bir sıra qaydalara əməl etmək vacibdir. Bura ayaqların doğranma qaydalarından tutmuş,yeməyin bişiriləcəyi temperaturun dərəcəsinə qədər bir çox amillər daxildir.

Əliheydər dayının xaşxanasına qış fəslində sübh tezdən üz tutanların sayı çox olur. Yerli vətəndaşlar bu yeməyi usta aşbazın xaşxanasında yeyirsə, ölkə xaricindəkilər sifarişlə öz arzularına çatır.
Xaşın tibbi xüsusiyyətlərinə gəlincə isə, həkimlər onun tərkibindəki maddələrin sümüklərin möhkəmlənməsinə kömək etdiyini həmçinin immuniteti gücləndirib və insana enerji verdiyini bildirir.
Əliheydər dayının xaşxanasında bu yeməyi dadmaq istəyənlər isə 3 manat 50 qəpik pulundan keçməli olacaq.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/319242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR