Əcnəbi dildə ləhcəylə danışmaqdan necə xilas olmalı?

Əcnəbi dildə ləhcəylə danışmaqdan necə xilas olmalı?
19:42 15 İyun 2019
Ölkə mətbuatı
A- A+

Keçən il "Roland Garros" turnirindəki mətbuat konfranslarının birində kiçik bir problem yaşanır: jurnalist Jonathan Pinfield almaniyalı tennisçi Aleksandr Zverevə sual verir.

Yüksək ranqlı bütün professional idmançılar kimi ingiliscəni yaxşı bilən Zverev sualı dinləyəndən sonra ondan soruşur: "Siz haralısız, dostum?"

Heç nədən şübhələnməyən Pinfield "Yorkşirdən, İngiltərədən" deyir. "Əla. Amma mən heç nə anlamadım" - Zverevin bu sözlərinə hamı, o cümlədən, müxbir özü də gülür.

Bu hadisə dərhal sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilir. Neyləmək olar, yad qulaqla Yorkşir ləhcəsini anlamaq doğrudan da çətindir.

Sonradan Pinfield BBC-yə etiraf edir ki, müsahibə alan zaman çox vaxt aramla danışmalı olur, amma yenə də bir çox hallarda onun sözlərini səhv başa düşürlər.

Zarafat bir yana, ekzotik dialekt kimi, güclü ləhcə də sizin karyeranıza mane ola bilər.

Araşdırmalar göstərir ki, nüfuzlu, yüksək statuslu iş yerlərində işverənlər Britaniya və Amerika tələffüzündə danışanlara üstünlük verirlər.

Aleksandr ZverevAleksandr Zverev tenis meydançasındakı çətinliklərin öhdəsindən gələ bilir, amma mətbuat konfransındakı sual onu çıxılmaz vəziyyətə salıb.

Dünya dili

Britaniya Şurasının (təhsil, mədəniyyət və incəsənət üzrə əlaqələrin genişləndirilməsiylə məşğul olan beynəlxalq təşkilat) proqnozuna görə, 2020-ci ildə dünyada 2 milyard insan ingilis dilində danışacaq. Hazırda bu göstərici 1,75 milyarddır.

Biznes üçün ingilis dili artıq faktiki olaraq ümumişlək dil halına gəlib. Amma ideal tələffüz heç də hər kəsə müyəssər olmur, çünki bu dil biznesmenlərin böyük əksəriyyəti üçün ana dili deyil.

Hərçənd ingilis dilinin daşıyıcıları üçün də müəyyən problemlər mövcuddur: ITV kanalının və "Comres" şirkətinin araşdırmalarının nəticələrinə görə, britaniyalıların dörddə biri ləhcəyə görə diskriminasiyaya məruz qaldığını düşünür.

Britaniyalı dizayner Paul Spencer bunu təsdiq edə bilər. 2003-cü ildə o, İngiltərənin şərqindən Londona köçüb. Spencer hesab edir ki, işində irəliləmək üçün doğma ləhcəsini neytral tələffüzlə əvəz etməli olub:

"Bu, şüurlu qərarıydı, çünki mənim heç ağlıma da gəlmirdi ki, nəsə başqa cür danışıram, dialektimə görə başqalarından fərqlənirəm. Amma Londonda adamlar çox vaxt mənə çaşqınlıqla baxırdılar...

Məsələn, mən "that frit me, that did" deyirdim - bu, "that frightened me" ("Bu məni qorxutdu") anlamına gəlir. Elə bilirdim, hamı bu cür deyir, sonra gördüm ki, yox, onlar fərqli danışırlar".

Getdikcə daha çox şirkət, məsələn, "Audi", "Airbus", "Renault", "Samsung" və digərləri öz bizneslərinin rəsmi dili kimi standart ingilis dilini seçirlər.

Rus dilinin tezlikləri 125 hs-dən 12 000 hs-yə qədər çox geniş diapazonda variasiya edir.

Əslində, hər şirkətin öz daxili qaydaları var.

Məsələn, ola bilər ki, ingiliscə düzgün danışmaq tələbi ancaq yüksək səviyyəli menecment toplantılarına aid edilsin və ya bütün səviyyələrdə çalışan işçilərə şamil olunsun.

Yaponiyanın elektron cihazlar ticarətiylə məşğul olan nəhəng "Rakuten" şirkətində ingilis dilində danışmaq tələbi o qədər ciddidir ki, günün birində şirkət hətta özünün bütün kafeterilərindəki menyuları da bu dildə dərc etdirib.

Yaponiyanın başqa bir nəhəng şirkəti "Honda" yuxarı həlqədəki rəhbər işçilərdən 2020-ci ilə kimi ingilis dilində sərbəst danışmağı tələb edib.

Qadın və uşaqİngilis dili dünya biznesinin ümumişlək dilinə çevrilib, amma hətta bu dilin daşıyıcıları da yerli dialektə və ya ləhcəyə görə problemlə üzləşə bilirlər.

"Bütün bunlar qlobal tendensiyanın əlamətləridir: şirkətlər, xüsusilə də əmtəə və xidmət ixrac edən kampaniyalar beynəlxalq səviyyədə fəaliyyət sayəsində gəlirlərini artırmağa çalışırlar" - Fransanın Nant şəhərindəki "Audencia" biznes-məktəbinin insan resurslarını idarəetmə professoru Christine Naschberger belə deyir.

"Məhsullarının böyük hissəsini ixrac edən "L'Oreal" və LVMH kimi, Fransanın bir çox böyük şirkətlərində biznes dili ingiliscədir".

"Amma idxalın həcmini artırmağı planlaşdıran nisbətən kiçik şirkətlər də rəsmi dil olaraq ingiliscədən istifadə edirlər. Ona görə də güclü ləhcəylə danışırsınızsa, bu sizin zəif yeriniz olacaq".

Öz məhsulunu 20 ölkəyə ixrac edən bir alman şirkəti öz əməkdaşlarından həmin ölkələrin dillərini bilməsini istəyə bilməz. Eyni zamanda, yerlərdəki təmsilçilərinin almanca danışması da real deyil. Deməli, onlar biznesi ortaq dildə - ingilis dilində qura bilərlər.

Britaniya Avropa İttifaqını tərk edən kimi ingilis dili qurumun digər 27 ölkəsi üçün rəsmi dil statusunu itirəcək, amma bu, trendi dəyişməyəcək. İngilis dili Aİ-nin işçi dili olaraq qalmaqda davam edəcək. Deməli, bu dili bilmək (və bu dildə güclü ləhcə olmadan və aydın şəkildə danışmaq) əvvəlki kimi aktual olacaq.

"Şibbolet" de

Dil əsrlər boyu insanları bir şəkildə kateqoriyalara ayırmaq vasitəsi olub. Bunun klassik nümunəsi bibleizm "şibbolet"idir. Çətin tələffüz edildiyinə görə onu deyənlərdən kimin əcnəbi olduğunu bəlli edən bu söz linqvistik termin halına gəlib.

Bibliyaya görə, nə vaxtsa "şibbolet" ("su axını", "axın") sözündən fərqli dialekti müəyyən etmək üçün istifadə olunub.

Qədim dövrdəki daxili çəkişmələrin birində Qalaada şəhərinin sakinləri qaçıb qurtulmaq isrəyən Əfraim tərəfdarlarını tanımaq üçün onlara "şibbolet" sözünü dedirdiblər. Əfraimçilər "ş" hərfini tələffüz etmirdilər deyə tanınıblar və dərhal da öldürülüblər (Əhdi-Ətiqdə yazılıb ki, həmin qarşıdurma zamanı 42 min adam sözü düz deyə bilməyib).

Müəllim və şagirdlərHər bir dilin öz tezlik diapazonu var: məsələn, Britaniya ingiliscəsində 2000-12000 hs, fransız dilində 15-250 hs və 1000-2000 hs.

Parisdəki "Sound Sense" dil məktəbinin pedaqogika üzrə məsləhətçisi və kommunikasiya üzrə direktoru Caroline Belot deyir ki, danışdığımız ləhcə hələ də bizim sosial statusumuzda böyük əhəmiyyətə malikdir.

"Əgər siz sözləri aydın tələffüz etmirsinizsə və ya yanlış intonasiyayla deyirsinizsə, toplantılar üçün, obrazlı desək, ölmüsünüz".

Belot fransızların klassik səhvini misal çəkir: onlar ingilis dilindəki "focus" sözünü "fuk-us" kimi tələffüz edirlər və bu, çıxışçının kompetensiyasıyla bağlı dərhal ciddi şübhələr yaradır:

"Bir fransız xarici ölkəyə gedəndə görür ki, bizim danışıq maneramızı başqaları soyuq, ironik, bəzən kobud, sarkastik, hətta depressiv və həmsöhbətinə maraq göstərməyən tərz kimi qiymətləndirirlər".

Beyni yenidən "təlimatlandırmaq"

Bəlkə ləhcənin yox olması üçün beyni yenidən "təlimatlandırmaq" lazımdır?

Fransız həkim-otolarinqoloq Alfred Tomatis aşkar edib ki, hər bir dil öz diapazon tezliyində səslənir.

Hazırda "Sound Sense" kimi dil məktəbləri bundan fransızlara ingilis dili tezliklərini öyrətmək üçün istifadə edirlər - "elektron qulaq" qurğusu vasitəsilə.

Eşitmə cihazı kimi, bu qurğu da vibrasiyanın köməyi və kəllə sümükləri vasitəsilə səs siqnallarını daxili qulağa ötürən qulaqcıqlardan ibarətdir.

İnsan qulağı 20-20 000 hs diapazon aralığındakı tezlikləri qəbul edə bilir.

Ona görə də biz, məsələn, it (ultrasəs) fitini eşidə bilmirik, çünki bu fit yüksək tezliklərdə səslənir və onu ancaq heyvanlar eşidir.

Linqvistika mütəxəssisləri deyirlər ki, bizim nitqimiz külli miqdarda tonlardan və obertonlardan ibarətdir.

Tomatis-in üsulunda insan nitqinin müxtəlif diapazonlu obertonlarda səslənməsi əsas götürülür: məsələn, Britaniya ingiliscəsi 2 000 -12 000 hs, fransız dili 125-250 və 1 000-2 000 hs diapazonuna malikdir.

Rus dilinin tezlikləri isə 125- 12 000 hs aralığındakı çox geniş diapazonda variasiya edir.

Linqafon kurslarıLinqafon kursları dil öyrənməyin populyar üsullarından biridir.

Tomatis-in üsulu qulaqda digər tezlikləri eşitmə alışqanlığı yaratmağı nəzərdə tutur. Birinci mərhələdə tələbə hansı tezlikləri eşitdiyini müəyyənləşdirən yarım saatlıq testdən keçir.

Sonrakı mərhələdə o, iki saat boyu tanış diapazonların filtrasiya edildiyi musiqiyə, adətən, klassik musiqiyə, məsələn, Motsarta qulaq asır. Orta qulaqdakı cırtdan əzələləri hərəkətə gətirmək və möhkəmləndirmək üçün melodiyadakı yad diapazonlar gah səsləndirilir, gah söndürülür. Bu təcrübəni ev şəraitində də tətbiq etmək olar.

"Biz musiqini öyrəniləcək dildəki bəzi proqramlardan parçalarla qarışıq dinlədirik. Tədris prosesində tələbə qulaqlarını və dodaqlarını düzgün tezlikdəki səslənməyə alışdırır".

Fransız dilinin diapazonu Britaniya ingiliscəsinin diapazon tezlikləriylə heç üst-üstə düşmür.

"Sound Sense"də bu üsulu ənənəvi linqafon kursları və "Skype" məşğələləriylə əlaqələndirirlər.

Fabienne Billat rəqəmsal kommunikasiyalar üzrə məsləhətçi işləyir və işiylə bağlı tez-tez ABŞ-a konfranslara gedir. O, Tomatis-in üsulunu faydalı hesab edir:

"Bu üsul ritm və ləhcənin başa düşülməsinə, onun tezliyinin korreksiya edilməsinə hesablanıb. Dərslərin və "elektron qulaq" məşğələlərinin birləşdirilməsi müsbət nəticə verir. Bütün başqalarından fərqli üsuldur".

Tomatis-in üsulunu tətbiq edən məktəbin xidmətlərindən "IBM France", "Renault" və "Cisco" şirkəltləri də istifadə edir. Dinləmə və dil bacarıqlarının artması üçün Berard üsulundan da istifadə olunur.

Bəzi dil məktəbləri hesab edirlər ki, qulağın bu şəkildə məşq etdirilməsi dili öyrənməyə tələb olunan zamanın keyfiyyətini azaldır, bəzən hətta yarıbayarı.

Valensiya Politexnik Universitetinin mütəxəssisləri bu yaxınlarda Tomatis üsulunun səmərəliliyini araşdıraraq onun effektli tədris aləti olması qənaətinə gəliblər.

Dinləmək incəsənəti

Bəs, nə üçün ləhcədən qurtulmaq bu qədər çətindir? Çünki hər şey, o cümlədən, dil alışqanlığı uşaqlıqdan başlayır.

Yeni doğulmuş körpənin beyni insan nitqinin bütün tezliklərini qəbul edir, amma böyüdükcə (8 aylığından etibarən) lazımsız tezliklər filtrasiya edilir və uşaq ancaq doğma dilin tezliklərinə fokuslanır.

Bəzi linqvistlər hesab edirlər ki, 6 yaş hər hansı dildə sərbəst danışmaq üçün kritik həddir. Digər mütəxəssislər bura yeniyetməlik dövrünü də aid edirlər.

Mobil linqvistika proqramının yaradıcısı Jennifer Dorman deyir ki, böyüklərin yeni öyrəndikləri dildə ləhcəsiz danışması, demək olar ki, mümkün deyil.

Yəni fransız dilinin daşıyıcısı ingilis dilində bir ingilis qədər düzgün danışmağa çalışsa, böyük çətinlik çəkəcək, çünki onun beyni yeni dilə aid tezliklərin bütün spektrini artıq qəbul edə bilmir.

Buna görə onun nitq aparatı da sözləri düzgün tələffüz etmir - axı, o, düzgün tələffüzü eşitmir...

Başqaları sizi anlamağa çətinlik çəkəndə ləhcə problemə çevrilir.

"Bəzi insanlarda doğuşdan dil öyrənmə qabiliyyəti var. Bir çox hallarda belələri çoxdilli mühitdə böyümüş olurlar, qulaqları müxtəlif tezliklərə alışmış olur".

"Onların beyni "özgə" tezlikləri rədd etmir, yeni tezliklərə qarşı həssaslığını itirmir".

"Fransız dilinin diapazonu Britaniya ingiliscəsinin diapazon tezliklərinə qətiyyən uyğun gəlmir. Ona görə də beyinlərindəki lazımi tezlikləri aktivləşdirmək üçün onlar daha çox çalışmalı olurlar".

Başqa üsullar da varmı?

Linqvistika mütəxəssisləri hesab edirlər ki, ingilis dilində, o cümlədən, hər hansı başqa dildə həmin dilin daşıyıcıları qədər yaxşı danışa bilmək üçün onu mümkün qədər çox dinləmək və o dildə mümkün qədər çox danışmaq lazımdır.

Braziliyalı sahibkar Rafael Dos Santos deyir ki, 2002-ci ildə Britaniyaya köçəndə dil kurslarına gedib, hətta düzgün nitq üzrə ayrıca müəllimlə məşğul olub. Amma sonda bu qənaətə gəlib ki, ləhcədən xilas olmağın ən effektli variantı səhvlərini düzəltməkdə ona kömək edən ingilis dostunun yanında hər hansı mətni ucadan oxumaqdır.

Rusiyalı sahibkar Polina Montano isə deyir ki, ləhcə ancaq başqaları sizi başa düşməyəndə problemə çevrilir.

O, xidmət sferasında yeni başlayanlar üçün iş reklamlarını yerləşdirən şirkətin həmtəsisçisidir.

Polinanın xidmətlərindən istifadə edənlərin çoxu üçün ingilis dili ana dili deyil.

"Mən düşünürəm ki, bizim cəmiyyət müxtəlifliyi qəbul etməyə hazırdır. Siz sadəcə özünüzə inanmalısız. Yox, əgər, ləhcənizdən utanırsınızsa, özünüzə belə deyin: hamı ləhcəylə danışır, mənim ləhcəmsə həm də şirindir" - Motano belə deyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/763457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR