İmişlidə 3 otaqlı ev yanıb

İmişli rayonunun Çaxırlı kəndində yanğın olub.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 68 m² sahədə, dam örtüyü 80 m² sahədə və həyətyanı ərazidə 3 ton ot bağlamasının 100 kiloqramı yanıb.

Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR