Ukrayna ilk dəfə futbol üzrə dünya çempionu oldu

Ukrayna ilk dəfə futbol üzrə dünya çempionu oldu
23:42 15 İyun 2019
101 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna yığması ilk dəfə gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 20 yaşadək futbolçuların yarışının həlledici oyununda ukraynalılar Cənubi Koreya millisini 3:1 hesabı ilə məğlub ediblər.

Final oyunu Polşanın Lodz şəhərində keçirilib.

Ukrayna millisində Vladislav Supryaqa dubla imza atıb və Georgi Tsitaişvili fərqlənib. Koreyalıların qolunu isə Li Kan İn vurub.

Qeyd edək ki, Ukrayna yığması turnirdə keçirdiyi oyunlarda məğlub olmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/763486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR