Göyçayda 35 yaşlı kişi ürəyindən bıçaqlandı

Göyçayda 35 yaşlı kişi ürəyindən bıçaqlandı
01:32 16 İyun 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü İbrahimov Elşən Tofiq oğlu küçədə naməlum şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/763293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR