Fuad Abbasovun səhhəti pisləşdi

Fuad Abbasovun səhhəti pisləşdi
01:48 16 İyun 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

Moskvada həbsdə olan jurnalist Fuad Abbasovun səhhəti pisləşib.

Musavat.com xəbər verir ki, bu barədə ailəsi sosial media vasitəsilə məlumat yayıb.

Ailəsinin bildirdiyinə görə, iyunun 15-də F.Abbasovun səhhətinin pisləşməsi ilə bağlı təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər jurnalisti müayinə edərək lazımi prosedurları həyata keçiriblər.

Məlumatda həmçinin bildirilir ki, F.Abbasov xəstəxanaya yerləşdirilməsindən və müalicə prosedurlarının aparılmasından imtina edib. Vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq məqsədilə həkimlər F.Abbasova aclıq aksiyasının dayandırılmasnı və yemək yeməsini məsləhət görsələr də, jurnalist aclıq aksiyasını dayandırmayacağını deyib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/281999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR