Bakıda polis yıxılaraq huşunu itirmiş şəxsə yardım göstərib

Bakıda polis yıxılaraq huşunu itirmiş şəxsə yardım göstərib
05:17 16 İyun 2019
105 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonu ərazisində içkili vəziyyətdə olan təqribən 53 yaşlı kişi yıxılaraq sol qaşından kəsilmiş-əzilmiş xəsarət alıb.
"Report" xəbər verir ki, ona ilk yardımı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis bölməsinin əraziyə gələn əməkdaşları göstəriblər və daha sonra hadisə yerinə "təcili yardım" çağırıblar.
Zərərçəkmiş Musa Nağıyev adına 1 saylı Şəhər Klinik Xəstəxanasının əvvəlcə Travmatologiya, daha sonra isə Toksikologiya şöbəsinə yerləşdirilib.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-polis-yixilaraq-husunu-itirmis-sexse-yardim-gosterib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR