Bakıda qəza: "Opel" "Hyundai"ya çırpıldı - FOTO

Bakıda qəza: "Opel" "Hyundai"ya çırpıldı - FOTO
09:47 16 İyun 2019
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, avtoqəza Dilarə Əliyeva və Mehbalı Zeynalabdiyev küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, sürücü Sahil Quliyev idarə etdiyi "Opel" markalı minik maşını ilə D.Əliyeva küçəsində hərəkətdə olarkən "Hyundai" markalı avtomobil qəfildən ara məhəllələrin birindən onun yoluna çıxıb və qəza şəraiti yaradıb. Nəticədə avtomobillər toqquşub. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Yol qəzasının təfərrüatları araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/763505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR