Yevlaxda yol qəzası olub, ölən və yaralananlar var

Yevlaxda yol qəzası olub, ölən və yaralananlar var
10:47 16 İyun 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Yevlax rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report" un Qarabağ mərkəzi xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Qoyunbınəsı kəndi ərazisində qeydə alınıb.
"Qazel" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində minik avtomobilinin 30 yaşlı sürücüsü Elşən Xəlilov ölüb, daha iki nəfər - 18 yaşlı Yusif Qədirli və 23 yaşlı Babək Qədirli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yevlaxda-yol-qezasi-olub-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR