"Nar Mobile" Naxçıvanda yeni məhsulunu tətbiq etməyə başladı (FOTO)

"Nar Mobile" Naxçıvanda yeni məhsulunu tətbiq etməyə başladı (FOTO)
19:23 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Yanvarın 14-də Azərbaycanın ən surətlə inkişaf edən mobil operatoru – “Nar Mobile” tərəfdaşı olan BBTV ilə birgə Naxçıvan Muxtar Respublikasının paytaxtında “Nar Home” adlanan yeni məhsulunun rəsmi təqdimat mərasimini keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, təqdimetmə mərasimində Naxçıvan MR rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov və muxtar respublikanın digər yüksəkrütbəli rəsmi şəxsləri iştirak edirdilər.

Öz çıxışında nazir bildirib ki, Azərbaycan Nazirlər Kabinetinin qərarına uyğun olaraq, Naxçıvan MR-in yaşayış məntəqələrinin rəqəmsal teleyayım standartına keçməsi ilə bağlı işlər uğurla başa çatdırılıb və 2014-cü ilin dekabr ayından analoq TV-nin yayımı dayandırılıb. Beləliklə, 2014-cü ilin sonundan başlayaraq Naxçıvan əhalisi rəqəmsal efir yayımına çıxış əldə edib.

BBTV-nin baş direktoru Oleq Popov “Nar Home” məhsulun əsas cəhətlərini və onun “Nar” abunəçiləri üçün üstünlüklərini təqdim etdi. O, öz çıxışında bildirib: “BBTV Azərbaycanda kommersiya TV xidmətləri göstərən ilk şirkət oldu və mən analoq yayımla müqayisədə dəfələrlə yaxşı olan, yayımın keyfiyyəti və sabitliyini təmin edən rəqəmsal efir yayımı kimi növbəti yeniliyi təqdim etməkdən məmnunam”.

C.Popov, həmçinin “Nar Home” xidmətlərin gələcəyi ilə bağlı fikirləri bölüşdü. O, əlavə etdi ki, rəqəmsal xidmətlərə keçid dünyanın bir çox ölkəsində artıq baş verib və növbə artıq Naxçıvanındır. Burada bu gündən etibarən 67 TV kanalı, o cümlədən HD formatında kanallar yayımlanacaq: “Biz 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının əksər yaşayış məntəqələrini rəqəmsal xidmətlərlə əhatə etməyi planlaşdırırıq”.

Qonaqları salamlayan “Azerfon” MMC-nin (“Nar Mobile” brendi) baş direktoru Kent Maknili Azərbaycanın iqtisadi inkişafının yüksək templərini və hökumətin İKT sektoruna göstərdiyi xüsusi diqqəti qeyd etdi. O, bildirdi ki, İKT sahəsində hökumətin qarşısında duran vəzifələr Azərbaycan əhalisinə bir çox mütərəqqi və yüksəkkeyfiyyətli telekommunikasiya xidmətlərini münasib qiymətlərlə təmin edən “Azerfon” MMC-nin strategiyası və məhsullarında tam əks olunub.

“Nar Home” istehlakçının istifadə etdiyi müxtəlif cihazlarda (televizor, planşet və ya smartfonlar) media və əyləncə xidmətlərindən vahid istifadə imkanlarını yaradan unikal konsepsiyadır. Azərbaycanda analoqu olmayan bu konsepsiya genişzolaqlı İnternetə çıxışı təmin edən texnologiyaya əsaslanır.

DVB-T2 texnologiyası əsasında rəqəmsal efir yayımın Naxçıvan MR-də başlanması “Nar Home” konsepsiyasının reallaşdırılmasında ilk mərhələdir. Bu texnologiya rəqəmsal efir yayımında xidmətlərin göstərilməsi sahəsində ən son texnoloji nailiyyətdir və Cənubi Qafqaz regionunda ilk dəfədir ki, tətbiq edilir və istifadə olunur.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanıb Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2353669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR