Monroz "Neftçi"də - Rəsmi

"Neftçi" mövsümün sonunda "Qəbələ"dən ayrılan Stiven Jozef-Monrozun keçidini rəsmiləşdirib.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransız futbolçu ilə 2 il müddətinə müqavilə bağlanıb.

28 yaşlı hücumçu "ağ-qaralar"ın heyətində 28 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Qəbələ” (2017-2019) olan Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan futbolçu Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət milli komandalarında oynayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR