Azərbaycanlı Ukraynada qəza törətdi - Futbolçunun arvadı öldü

Azərbaycanlı Ukraynada qəza törətdi - Futbolçunun arvadı öldü
18:52 16 İyun 2019
99 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşı ölümlə nəticələnən qəza törədib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün yerli vaxtla saat 20:05-də qeydə alınıb.

Belə ki, 44 yaşlı Azərbaycan vətəndaşı idarə etdiyi "Mercedes" markalı avtomobillə 77 yaşlı Lyubov Rassıxinanı vurub. Qadın hadisə yerindəcə keçinib.

Qeyd edək ki, Lyubov Rassıxina Lvovun "Karpat" komandasının əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşıdır. Ölən qadın gimnastika üzrə beynəlxalq dərəcəli hakim olub.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/763592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR