Məşhur prodüserin pişiyinə 150 minlik təklif

Məşhur prodüserin pişiyinə 150 minlik təklif
20:47 16 İyun 2019
Ölkə mətbuatı
A- A+

Rusiyanın tanınmış prodüseri Bari Alibasovun Çuça ləqəbli pişiyi çəkiliş üçün 150 min ABŞ dolları dəyərində təklif alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda prodüserin nümayəndəsi Vadim Qorjankin "Qovorit Moskva" radiosuna müsahibəsində deyib.

Qorjankinin sözlərinə görə, heyvan itkin düşdüyü vaxt çox məşhurlaşıb. Prodüserin nümayəndəsi bildirib ki, Çuça ilə təkcə qida və aksessuar istehsalçıları yox, həm də parfüm brendi, detektiv agentliyi və digər şirkətlər maraqlanıb.  

Qorjankin qeyd edib ki, bu məsələdə son qərarı Alibasovun özü verəcək.

Xatırladaq ki, prodüser Bari Alibasov səhhəti ilə əlaqədar bir müddətdir ki, xəstəxanada müalicə alır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/763596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR