77 terrorçu zərərsizləşdirildi - "Pəncə" əməliyyatı

77 terrorçu zərərsizləşdirildi - "Pəncə" əməliyyatı
21:42 16 İyun 2019
99 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında 77 PKK terrorçusunu zərərsizləşdiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, onlardan 51-i Hakurk rayonunda zərərsizləşdirilib:

"Əməliyyat zamanı həmçinin terroristlər tərəfindən istifadə olunan 133 sığınacaq və mağara məhv edilib".

Nazirlik əməliyyatın planlaşdırıldığı kimi uğurla davam etdiyini vurğulayır.

Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/763615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR