Rusiya ilə Azərbaycan arasında geniş, ikitərəfli əməkdaşlıq mövcuddur - Səfir

Rusiya ilə Azərbaycan arasında geniş, ikitərəfli əməkdaşlıq mövcuddur - Səfir
22:23 16 İyun 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda xeyirxah və səmimi mühit var.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə deyib.

Diplomat bildirib ki, Azərbaycanda işləməkdən məmnundur: "Azərbaycan müxtəlif beynəlxalq maraqların mərkəzində yerləşir. Burada çox şey baş verir, xarici diplomat üçün çox iş var. Bir tərəfdən də bu ona görədir ki, Rusiya ilə Azərbaycan arasında geniş, ikitərəfli əməkdaşlıq mövcuddur. Bu, nəinki tənbəlləşməyə qoyur, hətta daha böyük enerji və güclə işləməyə vadar edir. Bu, mənim xoşuma gəlir. Ona görə də şadam ki, Bakıda fəaliyyətimin birinci ilində xoş təəssüratlarım yaranıb ".

M.Boçarnikov, həmçinin, Bakı barədə təəssüratlarını bölüşüb:

"Bakı mənim xoşuma gəlir. Bura çox rahat, gözəl şəhərdir. Burada mehriban insanlar var. Təəssüf ki, şəhərin küçələrində gəzməyə çox vaxtım olmur, çünki iş çox vaxt aparır. Amma mən bunu etməyi sevirəm. Bakı tarixi binaların və tarixi binalara bənzədilən yeni tikililərin xüsusi mühitinə malikdir. Şəhərin müasir binaları da insanı heyrətləndirir. Onlar müasir, modernist tikililər olsa da, Bakı haqqında ümumi təəssüratı pozmur, əksinə yenilik əlavə edir".

Səfirin sözlərinə görə, Bakıda yaşıllığın və parkların çox olması xoş bir haldır:

"Düşünəndə ki, burada xeyli neft yataqları var və bununla yanaşı, xüsusilə müstəqillik əldə olunduqdan sonra yaşıllaşdırma ilə bağlı görülən işlər heyrətləndirir. Bakı bulvarı çox gözəldir. Xoş haldır ki, insanlar hər axşam orada kütləvi şəkildə gəzir və demək olar ki, gecəyə qədər ailələri, uşaqları ilə vaxt keçirirlər. Bütün bunlar Bakının xeyirxah və səmimi mühitini göstərir".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/282051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR