Bərdədə maşın ağaca çırpılıb, iki nəfər yaralanıb

Bərdədə maşın ağaca çırpılıb, iki nəfər yaralanıb
01:37 17 İyun 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qarabağ mərkəzi xəbər verir ki, rayonun Türkmən kəndi ilə hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı irigövdəli ağaca çırpılıb.
Nəticədə avtomobilin sürücüsü Pərviz Quluzadə və sərnişin Amil Məmmədov ağır xəsarət alıb. Yaralılar "təcili yardım" avtomobili ilə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti ağırdır.
Faktla bağlı rayon Polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-masin-agaca-cirpilib-iki-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR