Yıldırım və İmamoğlu arasında debatlar keçirilib

Yıldırım və İmamoğlu arasında debatlar keçirilib
07:05 17 İyun 2019
46 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə İstanbul Böyükşəhər bələdiyyəsi sədirliyinə namizədlər Binəli Yıldırım və Əkrəm İmamoğlu arasında teledebat keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin debatlar üç saata yaxın davam edib.

Bu müddət ərzində namizədlərə 15 sual verilib. Hər suala cavab vermək üçün üç dəqiqə vaxt ayrılıb.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizəd olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/763651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR