Həbsxanada qiyam zamanı 5 nəfərin başı kəsildi

Həbsxanada qiyam zamanı 5 nəfərin başı kəsildi
08:23 17 İyun 2019
42 Digər
Ölkə mətbuatı
A- A+

Paraqvayın San-Pedro həbsxanasında qiyam zamanı 10 nəfər həlak olub.

"ABC Color" nəşrinin yazdığına görə, Braziliyanın "Birinci paytaxt komandası" cinayət qruplaşmasının üzvləri qiyam qaldıraraq, qarşılarına çıxan hər kəsi öldürüblər.

Canilər 5 nəfərin başını kəsiblər, 4 nəfər yanıq xəsarəti alaraq ölüb, daha bir zərərçəkmiş isə xəstəxanada keçinib. Toqquşma zamanı həmçinin 10 nəfər yaralanıb.

Ölənlərin hamısı "Birinci paytaxt komandası" ilə düşmənçilik edən "Rotel" cinayətkar klanının üzvləri olub (Report).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/282068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR