"Qarabağ"ın təklifini rədd edən futbolçu Avropa klublarında çıxış etmək istəyir

"Qarabağ"ın təklifini rədd edən futbolçu Avropa klublarında çıxış etmək istəyir
09:22 17 İyun 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs" klubunda çıxış edən Xama Billiat Avropada çıxış etmək istədiyini söyləyib. 
"Report"un məlumatına görə, "Sabc Sport"a açıqlama verən 29 yaşlı zimbabveli hücumçu bildirib ki, Afrika Millətlər Kuboku (AFCON) hər bir oyunçunun özünü göstərmək baxımından çox önəmli turnirdir. 
Billiat Avropada oynamağın hər bir afrikalı futbolçu üçün vacib olduğunu da deyib: "Biz hamımız Avropaya getmək üçün futbol oynayırıq. Əgər yetəri qədər yaxşı çıxış etsəniz, o şans sizə veriləcək. Bu, bizim üçün hər şeydir. Bacardığımızın ən yaxşısını göstərməliyik". 
Qeyd edək ki, 2018-ci ilin yayında CAR-ın "Mamelodi Sandaunz" klubunda çıxış edərkən Xama Billiatı "Qarabağ" heyətinə qatmaq istəyib.  Lakin o, Ağdam təmsilçisinin təklifini rədd edərək "Kayzer Çifs" komandasına keçib. 
Xatırladaq ki, AFCON 21 iyun - 19 iyul tarixlərində keçiriləcək. Zimbabve A qrupunda meydan sahibi Misirlə yanaşı, Konqo DR və Uqanda ilə qarşılaşacaq. 



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-in-teklifini-redd-eden-futbolcu-avropada-cixis-etmek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR