Polisi yaralamaqda şübhəli bilinən şəxs həbs olunub

Yaponiyada iyunun 16-da polisə bıçaqla hücum edərək onu yaralamaqda və silahını götürməkdə şübhəli bilinən 33 yaşlı Yuciro İmori həbs edilib.

Metbuat.az xəbər verir ki, Y.İimori Osaka prefekturasının Suita şəhərində polis məntəqəsinə hücum edərək oradakı polisə çoxsaylı bıçaq zərbələri yetirməkdə və onun maqazinində 5 güllə olan tabel silahını götürərək, gizlənməkdə təqsirli bilinir.

Cinayətkar həbs edilərkən onun üzərindəki silah aşkar edilərək götürülüb. Lakin silahda 4 güllənin qaldığı məlum olub.

Y.İimorinin yaraladığı 26 yaşlı polisin vəziyyətinin hələ də ağır olduğu bildirilir. Hazırda polis hadisənin baş verməsi səbəblərini araşdırır. (Azertac)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR