Başladığım yerdə bitirmək istəyirəm - Muslera - Qalatasaray Musleranın əvəzləyicisini tapdı

Uruqvay yığmasının heyətində Amerika Kubokunda çıxş edən Fernando Muslera Ekvadorla keçirdikləri oyundan öncə mətbuata açıqlama verib.

Metbuat.az xəbər verir ki, 33 yaşlı qapıçı futbola başladığı yerdə son qoymaq istədiyini bildiirb. "Karyerama başladığım yerdə son qoymaq istəyirəm. Həmişə söyləmişəm ki, bir gün futbolla vidalaşmaq üçün "Montevideo Vanders" klubuna geri dönəcəm"

"Qalatasaray" Musleranın mümkün keçidi sonrasında "Kristal Palas"ın şərəfini qoruyan Lukas Perrini heyətinə qatmaq üçün hərəkətə keçib. Ancaq 23 yaşlı braziliyalı futbolçunun transferində istanbulların işi heç də asan olmayacaq. Belə ki, onlar transferin gerçəkləşməsində "Sportinq Lissabon" komandası ilə yarışmalı olacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR