Misirin Turizm naziri Bakıda - Şarm əl-Şeyxə reyslər başlayır

Misirin Turizm naziri xanım Rania Al Mashatın başçılıq etdiyi nümayəndə heyəti 15-18 iyun tarixlərində Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin 110-cu iclasında iştirak etmək üçün Bakıda səfərdədir. Bu münasibətlə Misirin Azərbaycandakı səfirliyində tədbir keçirilib.

Tədbirdən əvvəl keçirilən mətbuat konfransda Bakıdan Qahirəyə və Bakıdan Şarm əl-Şeyxə açılacaq çarter reysləri də müzakirə olunub. Qeyd edək ki, bu uçuşlar “SCAT Airlines” şirkəti tərəfindən açılıb və “Boenig 757” təyyarəsi vasitəsi ilə həyata keçiriləcək. Uçuş müddəti 3 saat təşkil edir. Turun qiyməti 399 dollardan başlayır. Qiymətə sığorta, ərzaq, transfer və digər bonuslar daxildir.

Metbuat.az xəbər verir ki, saytımıza açıqlama verən Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim bildirib ki, bu tədbir eyni zaman da Bakı-Qahirə və Bakı-Şarm əl-Şeyx reyslərilə əlaqədardır:

“Misirin Turizm nazirinin səfəri hər iki ölkə üçün çox gözəl səfərdir, bugün təşkil olunan tədbir də bu ziyarət münasibətilədir. Eyni zamanda bu tədbir iki ölkə arasında açılan Bakı-Qahirə və Bakı-Şarm əl-Şeyx reysləri ilə bağlıdır. Əlbəttə ki, bu reyslərin açılması iki ölkə arasındakı münasibətlərə öz müsbət təsirini göstərəcək. Bugünkü tədbir çox gözəl təşkil edilib. Bu tədbir Azərbayanda olan turizm şirkətləri, aviaşirkətlər, Azərbaycan ictimaiyyəti ilə Misir turizm naziri xanım Rania Al Mashatın tanışlığı üşün fürsət yaratdı. Fürsətdən istifadə edərək bütün Azərbaycan xalqını Misirə dəvət edirəm, Misir xalqı da azərbaycanlıları çox sevir, hər iki ölkə arasında isti münasibətlər var. Sizi əmin edirəm ki, Misirdə azərbaycanlıların tam təhlüksizliyi təmin olunacaq”.

Reysləri həyata keçirəcək turizm şirkətinin nümayəndəsi saytımıza verdiyi açıqlamada vurğulayıb ki, Misirdə turistlər üçün hər cür müasir şərait mövcuddur:

“Bugün müzakirə olunan məsələlərdən biri də Bakı ilə Şarm əl-Şeyx arasında reys açılması oldu. İyulun 18-dən başlayaraq Azərbaycandan Misirə reys olacaq. Turist biletləri üçün sərbəst satış olacaq, istənilən şəxs müraciət edə bilər. Biletləri şəhərin kassalarından əldə etmək mümkündür. Misir gözəl ölkədir, Şarm əl-Şeyx ən gözəl şəhərlərdən biridir. Şarm əl-Şeyxin gözəlliyinin səbəbi budur ki, nisbi rütubət aşağıdır, tempratur 35 dərəcədən aşağı olur. Ölkənin yaxınlığında olan Qırmızı dəniz dünyanın ən gözəl dənizlərindən biridir, öz sualtı dünyası ilə fərqlənir. Şarm əl-Şeyxdə həmçinin gənclərin əylənməsi üçün kafelər, barlar mövcuddur, insanlar üçün restoranlar, əyləncə mərkəzlərimiz, kazinolar var. Qonaqları qəbul etmək üçün gözəl otellərimiz var. Oteldə alkoqollu və alkoqolsuz içkilər, milli yeməklər verilir. Misir dünyanın ən qədim, gözəl ölkələrindən biridir, öz qədimliyinə görə başqa ölkələrindən fərqlənir”.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR