Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət təsis ediblər

Kanadanın Ontario əyalətində yaşayan azərbaycanlılar “Azerbaijani Community of Ontario” adlı cəmiyyət yaradıblar.

Metbuat.az xəbər verir ki, Torontoda 28 May Respublika gününə həsr edilmiş tədbir keçirilib. 450 nəfərdən artıq azərbaycanlının iştirakı ilə baş tutan tədbirdə “Azerbaijani Community of Ontario” adı altında fəaliyyət göstərəcək yeni cəmiyyətin yaradıldığı elan edilib və ictimaiyyətə açıqlanıb.

Cəmiyyətin yaradıcıları tərəfindən saytımıza bildirilib ki, cəmiyyətin əsas məqsədi Kanadanın Ontario əyalətində yaşayan azərbaycanlılar arasında əlaqələndirmə və eləcə də mədəni irsin və dəyərlərin qorunması üçün tədbirlərin təşkil edilməsidir. Tədbirdə Ontario əyalətinin parlament üzvləri Roman Baber və Rachel Wilson də iştirak etmiş və azərbaycanlıları “Respublika günü” münasibətilə təbrik edərək yeni yaradılmış cəmiyyətə öz dəstəklərini bildirmişlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR