Mətanətin başına iş gəlib - "Polisə şikayət edəcəm"

Mətanətin başına iş gəlib - "Polisə şikayət edəcəm"
14:22 17 İyun 2019
Ölkə mətbuatı
A- A+

Aparıcı Mətanət Əliverdiyevanın başına iş gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcının adından İnstaqram-da saxta profil yaradılıb və insanların ünvanına təhqirlər yazılıb. Mətanət bildirib ki, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək:

"Bəzən valideynlər uşaqlarına nəzarət etmirlər. Onlar uşaqların sosial şəbəkədə nə etdiyinin fərqinə varmırlar. Dostlarımdan biri zəng etdi ki, mənim adımdan fan səhifə yaradılıb. Başqa paylaşımlara xoşagəlməz rəylər yazırlar.

Heç kimə rəy bildirmirəm, Mətanət xoşniyyətlidir. Valideynlər, baxın uşaqlarınız nəylə məşğuldur. Dövlət əleyhinə yazılan statuslara mənim adımla fikir bildirirlər. Diqqətli olun, o, mən deyiləm. Bununla bağlı polisə müraciət edəcəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/763738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR