İrandan Avropaya 10 gün müddət

İran uran istehsalında sürəti artırıb. Rəsmi Tehran bildirib ki, 10 gün içində beynəlxalq müqavilə ilə tənzimlənən hədd keçiləcək.

Metbuat.az xarici mətbuata istinadən bildirir ki, bu açıqlamanı İran Atom Enerjisi Agentliyinin mətbuat katibi Bəhruz Kamalvəndi edib. O bildirib ki, uran zənginləştirmə faizini 4 dəfə artırmışdıq. Son dövrdə daha da artırdıq. 10 gün içində 300 kiloqramlıq hədd keçiləcək. Ancaq o, Avropa ölkələrinin beynəlxalq nüvə anlaşmasını qurtarmaq üçün hələ də müddətlərinin olduğunu deyib.

Qeyd edək ki, Tehran daha əvvəl 2015-ci ildə qərb ölkələrində etdiyi nüvə anlaşmalarındakı öhdəlikləri ABŞ-a reaksiya olaraq azaldacağını açıqlamışdı. Bu məsələdə Avropa ölkələrinə müddət verilmişdi. İran Avropa ölkələrindən ABŞ-ın ölkələrinə tətbiq etdiyi embarqoların yüngülləşdirilməsinə kömək etmək istəyir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR