Gürcüstanın baş naziri hökumətdə dəyişikliklərlə bağlı yayılan məlumatlara münasibət bildirib

Gürcüstanın baş naziri hökumətdə dəyişikliklərlə bağlı yayılan məlumatlara münasibət bildirib
14:42 17 İyun 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətdə dəyişikliklərin olacağı barədə yayılan məlumatlara münasibət bildirib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət başçısı keçirdiyi brifinqdə hadisələri qabaqlamamağa çağırıb.
“David Sergeenko hər zaman bizim komandanın uğurlu üzvü olub və olacaq. Komandanın yenilənməsi bizim üçün prioritetdir. Gəlin, hadisələri qabaqlamayaq”, - deyə M.Baxtadze bildirib.
Qeyd edək ki, Gürcüstanın bəzi KİV-ləri məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenkonun bu gün istefa verəcəyi ilə bağlı məlumatlar yayıb. Yayılan məlumatlara əsasən, D.Sergeenkonun yerinə Saçxere klinikasının direktoru Yekaterina Tikaradze və Gürcüstan parlamentinin Səhiyyə və sosial xidmətlər komitəsinin sədri Akaki Zoidzenin namizədlikləri nəzərdən keçirilir. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-bas-naziri-hokumetde-deyisikliklerle-bagli-yayilan-melumatlara-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR