Gürcüstanın səhiyyyə naziri istefaya gedir

Gürcüstanın səhiyyyə naziri istefaya gedir
15:47 17 İyun 2019
103 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın səhiyyə naziri David Sergeyenko bu gün istefa verəcək.

Milli.Az APA-ya isinadən xəbər verir ki, bu barədə məlumatı "Rustavi 2" telekanalı yayıb.

Bildirilir ki, ABŞ-dan rəsmi səfərdən dönən baş nazir Mamuka Baxtadze artıq məsələ ilə bağlı D.Sergeyenko ilə görüşüb. Yeni səhiyyə nazirinin Saxere klinikasının müdiri Ekaterine Tikaradzenin olacağı, nazirin birinci müavini vəzifəsinə isə Gürcüstanın Estoniyadakı keçmiş səfiri Tea Axvledianin təyin ediləcəyi bildirilib.

Nazirin istefasının səbəbinin ölkədə həyata keçirilən səhiyyə islahatlarına qarşı olması göstərilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/763753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR